12-11-2014 [16:19]
Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsinin keçmiş məsləhətçisi Şahin Məmmədov yenidən Müstəqil İnformasiya Agentliyinə (Mia.az) şikayət məktubu göndərib.
Mədəniyyət və Turizm Şöbəsinin keçmiş məsləhətçisi bir neçə ay əvvələ qədər işlədiyi şöbənin rəhbərliyini yenidən korrupsiya və digər qanunsuzluqda ittiham edib. O, bu hallara qarşı çıxdığından işdən azad edildiyini iddia edir.
Şikayətçi daha sonra şöbə müdirəsi Şərqiyyə Hümbətovanın iki oğlunun dövlət işində işləməsindən, Mədəniyyət və Turizm Nazirliyinə, Rayon İcra Hakimiyyəti və Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidmətinə və digər qurumlara etdiyi şikayətlərin araşdırılmadığından da narazılıq edib:
"Şərqiyyə Hümbətova indi də öz oğlu Ceyhun Hümbətovu Göygöl rayon İcra Hakimiyyəti vastəsilə Göygöl rayon Gənclər və İdman idarəsində məsləhətçi vəzifəsinə yerləşdirib. DQMK-da həmin vəzifənin tutulma şərtlərinə görə həmin vəzifədə yalnız və yalnız bədən tərbiyəsi və idman, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasları üzrə ali təhsil almış şəxslər işləyə bilərlər. Belə haqsızlıq olar? Ceyhun Hümbətov Tarix fakultəsini bitirib ancaq Şərqiyyə Hümbətovanın oğludur deyə, həmin vəzifəni tutmalıdır?
Üstəlik imtahansız yerləşdirilib həmin vəzifəyə. Digər oğlunu isə Göygöl rayon Çaylı kənd İcra Nümayəndəliyinə müavin vəzifəsinə yerləşdirib. İkisini də eyni gündə, ikisini də dövlət qulluğuna. Necə ola bilər ki, digər gənclər imtahan verib, dövlət qulluğuna qəbul edilirlər, Şərqiyyə Hümbətovanın oğlanları isə birbaşa imtahansız həmin vəzifəyə qəbul edilir. Bütün bu hallara Göygöl rayon İcra Hakimiyyəti heç bir reaksiya vermir.
Göygöl rayon İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş mühasibi Fəridə Allahverdiyeva, həm də "ƏDİRƏF" MMC-nin sahibidir. "ƏDİRƏF" MMC Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsi ilə daim alqı-satqı müqavilələri imzalayır, həmin müqavilələrdə bilərəkdən qiymətlər artıq yazılır. Dövlət vəzaiti israf edilir.
Bildiyiniz kimi, "Dövlət Qulluğu haqqında" qanuna görə, dövlət qulluqçusu sahibkarlıqla məşğul ola bilməz. Dövlət qulluqçusunun sahibkarlıqla məşğul olması korrupsiya hüquqpozması sayılır.
Bu da sübut:
Kommersiya qurumunun adı: "ƏDİRƏF" MMC
Dövlət qeydiyyatına alındığı tarix: 27.02.2013
Hüquqi ünvanı: Göygöl şəhəri, R.Nəsibov məhəlləsi, ev 01, m.10
MMC-nin sahibi Fəridə Allahverdiyeva Mayıl qızı.
Bu faktı Vergilər Nazirliyindən dəqiqləşdirə bilərsiniz.
Bu fakta Göygöl rayon İcra Hakimiyyəti və Maliyyə İdarəsi heç bir reaksiya vermir. Açıq-aydın qanun pozuntusuna göz yumurlar. Qanunlara hörmət etmirlər.
Göygöl rayon İcra Hakimiyyəti Şərqiyyə Hümbətovanın heç bir ali təhsili olmayan Qurbanov Ayaz Bülqədər oğlunu Rayon Mədəniyyət Mərkəzinə direktor təyin etməsinə heç bir reaksiya vermir. Necə ola bilər ki, yalnızca çilingər ixtisası almış texnikum təhsilli birisi 60 minlik rayonun Mədəniyyət Mərkəzində direktorluq etsin. Bunu yalnızca nəzarət edilməyəcəyini düşünən Ş.Hümbətova edə bilər. Göygöl rayon İcra Hakimiyyəti bu faktı bilsə də, Ş.Hümbətovaya heç xəbərdarlıq da etməyib.
Bütün bu göstərdiklərim faktlar Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsində baş verən qanunsuz halların yalnızca bir hissəsidir. Bütün bu hallar barədə Göygöl rayon İcra Hakimiyyəti və Maliyyə idarəsi xəbərdar olsalar da, heç bir tədbir görmürlər".
Bu və ya digər məsələlərlə bağlı Mia.az-a açıqlama verən Mədəniyyət və Turizm Şöbəsinin rəhbəri Şərqiyyə Hümbətova keçmiş işçisinin şikayətini tamamilə böhtan adlandırıb: «Şahin Məmmədovun dediklərinin hamısı müxtəlif qurumlar tərəfindən yoxlanıllıb. Və heç biri də öz təsdiqini tapmayıb. Amma o, yenə də şöbənin, şəxsən mənim və digər vəzifəli şəxslərin nüfuzuna xələll gətirəcək hərəkətlərindən əl çəkməyib. Buna görə, onu həm mülki, həm də xüsusi ittiham qaydasında məhkəməyə də vermişik. Bu dəfə də məhkəmə araşdırsın, görək, bu adam böhtan xarakterli şikayətlərində nə dərəcə haqlıdır».
Ş.Hümbətova bildirib ki, Şahin Məmmədovu vəzifə salahiyyətlərinin
öhdəsindən gələ bilmədiyindən nazirlik əmrlə işdən azad edib: "İndi bu adam da
qarşına kim gəldi, ondan heç bir əsası olmayan şikayətlər yazıb, müxtəlif
qurumlara göndərir. Təkrar edirəm, yazdıqlarının hamısı böhtandır”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi