Azərbaycan Ermənistan vertolyotunu vurdu - 3 erməni pilot öldü - Yenilənib

img

12-11-2014 [15:52]


Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər. 

Mia.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib: "Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib. 

Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb".

**** 

Ermənistan mediasının yaydığı məlumata görə, vurulan Mi-24-də 3 nəfər ekipaj üzvü həlak olub. Helikopterin tamamilə yandığı qeyd edilir.

Bu barədə Erminstan Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamaya görə, helikopterdə həlak olan hərbçilərdən birinin adı məlum olub. Bildirilir ki, ölən hərbçilərdən biri komandir Sergey Saakyandır. Digərlərinin adlarının da yaxın saatlarda açıqlanacağı gözlənilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA