Nazir kadr dəyişikliyi etdi; Samir Şərifov idarə rəisini işdən çıxardı

img

12-11-2014 [14:02]


Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinin rəisi Elşad Əhmədov tutduğu vəzifədən azad edilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Maliyyə naziri Samir Şərifovun imzaladığı 3 noyabr 2014-cü il tarixli əmrlə, Ağdam rayonu üzrə Maliyyə İdarəsinin rəisi Elşad Əhmədov işdə yol verdiyi nöqsanlara görə, o cümlədən dövlət büdcəsinin Ağdam rayonu üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə işləri tələb olunan səviyyədə yerinə yetirmədiyinə, büdcə və büdcədənkənar vəsaitlərin təyinatı üzrə xərclənməsinə zəif nəzarət etdiyinə görə tutduğu vəzifədən azad edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA