Azərbaycan bayraqlarını traktorla yığışdırdılar-Video

img

12-11-2014 [11:12]



Abşeron rayon Məhkəməsinin qarşısında 9 noyabrda "Bayraq günü” ilə bağlı işıq dirəklərinə vurulan bayraqlar yığışdırılıb.

"Qafqazinfo” Meydan TV-ə istinadən xəbər verir ki, bayraqların daşınması üçün traktordan istifadə olunub. Məhkəmənin qarşısında olan şəxslər buna etiraz ediblər.

Etiraz edən AXCP sədrinin müşaviri Məmməd İbrahim "Traktor zibil üçündür, bayraq üçün deyil” deyə icraçıları bayrağa sayğı duymağa çağırıb. Traktorun sürücüsü bildirib ki, idarədə maşın olmadığına görə ona traktorla getməyi məsləhət görüblər.

Şərh Yaz



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA