Bacısını öldürən qızla bağlı ekspertiza təyin olundu

img

11-11-2014 [23:12]


Bakıda bacısının boğazını kəsərək öldürən Pərvanə Nuriyeva ilə bağlı məhkəmə - psixatrik ekspertiza təyin olunub.

Bu barədə Axar.az-a daxil olan məlumata görə, bacısı Günel Nuriyevanı öldürən P.Nuriyevanın psixiatrik vəziyyəti öyrəniləcək.

Bu ekspertiza onun gələcək müqəddəratını müəyyən edəcək. Əgər ekspertiza zamanı P.Nuriyevanın cinayəti törədərkən güclü ruhi həyəcan keçirdiyi müəyyən edilsə, məhkəmə onun barəsində məcburi müalicəyə göndərmək hökmü çıxaracaq.
Qeyd edək ki, əslən Şəkidə olan bacılar Bakıda musiqi təhsili alırdı. P.Nuriyeva ilkin ifadəsində bacısının lesbiyan olduğunu, evə qadınlar gətirdiyini deyərək onu bu yoldan çəkindirməyə çalışdığını söyləyib. Onun dediyinə görə, bacısı bu xəbərdarlıqlara məhəl qoymadığı üçün onu öldürüb. İkinci açıqlamada isə yuxuda ona hökm gəldiyini və ona görə oyanıb bacısının başını kəsdiyini bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA