Azərbaycanlı hakerlər Ermənistan Mərkəzi Bankının materiallarını ələ keçirib

img

11-11-2014 [18:33]


Azərbaycanlı hakerlər Ermənistan Mərkəzi Bankının saytını sındırıblar. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hakerlərimiz bankın onlayn lisenziyalar təqdim edən bölməsini ələ keçirərək oradan 2,5 qeqobayt həcmində fayl və materialları oğurlayıblar. Bunun sübutu olaraq hakerlər internetdə Ermənistan Mərkəzi Bankının sədri Artur Cavadyanın bir neçə bank kartının sürətini yerləşdiriblər.

Bundan başqa, Cavadyanın Kembric Universitetində təhsil alan qızının təhsil haqqını ödəməsi ilə bağlı sənədin sürəti və gizli yazışmaları da azərbaycanlı hakerlərin əlinə keçib.Ermənistanın informasiya texnologiyaları sahəsindəki mütəxəssisləri bu haker hücumunun Ermənistan maliyyə sektoruna böyük zərər vurduğunu və ölkənin rəsmi qurumlarının belə informasiya təhlükəsindən sığortalanmadığı fikrindədirlər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA