TQDK-ya qarşı təxribat oldu - "Facebook"da!

img

11-11-2014 [14:25]


Facebook sosial şəbəkəsində TQDK adı ilə bir çox saxta səhifə və qruplar fəaliyyət göstərir.

Bu barədə komissiyanın rəsmi facebook səhifəsində məlumat verilib.

Bildirilir ki, həmin səhifə və qruplarda imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də Komissiyanın fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir: "Nəzərinizə çatdırıq ki, TQDK-nın bundan başqa heç bir rəsmi facebook səhifəsi fəaliyyət göstərmir. Yalnız bizim səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, TQDK adı ilə yaradılmış saxta facebook səhifələrindən istifadə etməyəsiniz”.

Həmin saxta səhifələrin bir çoxunun adlarını sizə təqdim edirik:

1. TQDK sualları

2. TQDK tipli suallar

3. TQDK və magistratura

4. Araz, Zirvə, Hədəf və TQDK sualları

5.Test tapşırıqları-TQDK

6.Təhsil TQDK

7. TQDK və abituriyent

8. TQDK kitabları

9. TQDK tarix

10.Məntiq və TQDK

11. TQDK Azərbaycan

12. TQDK 2014 və 2015

13. TQDK-Bilik qiymətləndirilir.

Azvision.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA