M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda tədbir - Elmi mühazirələr dinlənilib

img

11-11-2014 [11:08]


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda "Bakı Elm Festivalı-2014” proqramına uyğun olaraq elmi populyar mühazirələr dinlənilib. 

İnstitutdan Mia.az-a daxil olan məlumata görə, tədbiri AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev açaraq qonaqları salamlayıb və tədbirin əhəmiyyəti barədə məlumat verib.

Tədbirdə iştirak edən alimlərin, AMEA Fizika İnstitutundan  Ayaz Bayramov "Günəş energetikasının bu günü və sabahı”,  AMEA İnformasiya Texnologiyaları İnstitutundan texnika elmləri doktoru Zərifə Cəbrayılova "Zadə nəzəriyyəsi və onun tətbiqləri”, AMEA Geologiya İnstitutundan geologiya-mineralogiya elmləri doktoru Çingiz Qaşqay "Quyular vasitəsilə qızıl və digər metalların təbiətə zərərsiz hasilat texnologiyasının  Azərbaycanın bəzi filiz yataqları üçün işlənib hazırlanması” mövzularında, həmçinin,  Bakı Ali Neft Məktəbindən texnika üzrə fəlsəfə doktoru Nailə Allahverdiyeva, AMEA Botanika İnstitutunundan  Gülnarə Balakişiyeva, Azərbaycan Tibb Universitetindən tibb elmləri doktoru, prof. Eldar Qasımov və digər aləmlərin elmi maraq kəsb edən mövzularda məruzələrlə çıxış ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA