DİN aksiya haqda xəbər yaydı - 4 nəfərə cinayət işi açıldı

img

09-11-2014 [19:28]


Daxili İşlər Nazirliyi dünən Xəzər rayonunun Binə qəsəbəsində baş vermiş hadisə barədə məlumat yayıb. 

Nazirliyin yaydığı xəbərə görə, qəsəbənin 160-170 nəfər sakini qəsəbə ərazisindən keçən avtomobil yolunun təmirinin sona çatdırılmamasına etiraz olaraq Binə-Hövsan avtomobil yolunu bağlamağa cəhd göstərib: "Cəhdin qarşısı alınarkən onlardan bir qrupu polisin haqlı tələblərinə tabe olmayaraq daş atıb, Post-Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları Xankişi Quliyev, Elvin Ramazanov, polis kiçik serjantları Samir Bayramov və Zöhrab Hacıyev xəsarət alıb, "Fiat-Doblo” markalı iki xidməti avtomobilə ziyan vurulub”. 

Hadisənin fəal iştirakçılarından 19 nəfər polisə gətirilib, 4 nəfər - o cümlədən 2 azyaşlı xəbərdarlıq edilərək buraxılıb, 11 nəfər barəsində inzibati həbs tədbiri seçilib, 4 nəfər barəsində isə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA