Xəzər rayonunda aksiya, polis bir neçə nəfəri həbs etdi

img

08-11-2014 [18:45]


Bakının Xəzər rayonu, Binə qəsəbəsində, "Sovxoz ərazisi» adlanan yaşayış massivində etiraz aksiyası keçirilib.

Mia.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, son günlər yağan yağışdan sonra massivə gələn yolların bərbad günə düşməsinə etiraz olaraq sakinlər bu gün səhər marşrutların qarşısını kəsiblər. Onlar icra nümayəndəsindən bu məsələnin həllini yardımçı olmağı istəyiblər. 

Aksiya iştirakçıları bildiriblər ki, yollarımız bərbad vəziyyətdədir. Yağışdan sonra marşrutlar bura gəlmir. Hər gün məcbur qalıb 3-4 kilometr piyada gedirik. Nəticə olmasa sabah aksiyanı davam etdirəcəyik. 

Sakinlər onlara qarşı edilən rəftardan da şikayətləniblər. 

Polis hadisə yerinə əlavə qüvvələr göndərib. Hadisəni telefonla çəkənlər döyülüb, onların telefonları əllərindən alınıb qırılıb. Bir neçə nəfər həbs olunub. 

Tutulanlar Xəzər rayon Polis Şöbəsinə aparılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA