Qeyri-iş günləri ilə bağlı rəsmi açıqlama - VİDEO

img

08-11-2014 [18:41]


Bakı Şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib. 

ANS TV-nin məlumatına görə, BDYPİ-nin müraciətində sürücülərdən şənbə və bazar günü, o cümlədən Dövlət Bayrağı günü ilə bağlı noyabrın 10-nun qeyri-iş günü olmasını nəzərə alaraq şəxsi avtomobillərindən maksimum dərəcədə az istifadə etmək xahiş edilir. 

Müraciətdə həmçinin qeyd edilib ki, bu günlər ərzində Bakının mərkəzi yollarında əsaslı təmir işlərinin aparılması, kommunikasiya xətlərinin dəyişdirilməsi, yeni asfalt-beton örtüyünün salınması işi sürətləndiriləcək: "Sürücülərə də bu işlərin sürətlə aparılması üçün avtomobillərindən imkan daxilində istifadə etməmələri tövsiyə edilir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA