Bunlar hərbi xidmətdən azad olunacaq - Milli Məclis

img

08-11-2014 [16:58]


Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq. 

Bu məsələ parlamentdə yeni hazırlanan «Elm haqqında» qanun layihəsinə daxil edilib.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvi Musa Qasımlı Trend-ə bildirib ki, möhlət hüququnun verilməsində məqsəd təhsilin fasiləsizliyini təmin etməkdir: "Möhlət hüququnun olması hərbi xidmətdən azad edilmək anlamına gəlmir. Möhlət hüququ bitdikdən sonra həmin şəxslər Vətən qarşısında öz borclarını yerinə yetirməlidirlər".

Xatırladaq ki, magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi bir neçə dəfə Milli Məclisdə qaldırılsa da, bu məsələ qanunvericiliyə daxil edilməyib. «Elm haqqında» qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA