Sumqayıtın girişinə “Rüşvət verməyənə çörək yoxdur" şüarı yazılıb - Foto

img

08-11-2014 [13:34]


Sumqayıtda rüşvətə etirazla bağlı unikal hadisə baş verib. Belə ki, şəhərin girişində yerləşən və üzərinə SUMQAYIT yazılan daş lövhənin altına "Rüşvət verməyənə çörək yoxdur" şüarı yazılıb. Görünür Sumqayıtdakı rüşvətxorluqdan əziyyət çəkən kimlərsə belə bir addım atmaq məcburiyyətində qalıb. Lakin hadisədən dərhal sonra Mənzil İstismar Sahəsinin işçiləri əraziyə cəlb edilərək, sözügedən yazının üzəri klyonka ilə örtüblər. Baş verən olayın foto görüntüləri sosial şəbəkələrdə geniş marağa və müzakirələr yol açıb.
(azadxeber.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA