İqtisad Universitetinin əcnəbi tələbəsi qalib oldu - FOTO

img

07-11-2014 [19:21]


Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan Nigeriya vətəndaşı Viktor Damola ölkədə ilk dəfə keçirilən "Əcnəbi tələbələr arasında Azərbaycan dili” olimpiadasının qalibləri sırasında olub.

ADİU-nun Marketinq və Kommunikasıya Departamentindən Mia.az-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Baki Beynəlxalq Tələbə Klubunun təşkil etdiyi olimpiadada beş nəfər əcnəbi tələbə qalib adını qazanıb. Amerika, Çin, Koreya, Türkiyə, Nigeriya, İraq, Pakistan, Əfqanıstan və Özbəkistandan olan tələbələrin qatıldığı olimpiadada finala 14 gənc vəsiqə qazanıb. Əcnəbi gənclər Azərbaycan dilində şeir və mahnılar səsləndirərək öz dil bacarıqlarını nümayiş etdiriblər.

Qalibləri millət vəkilləri Aydın Mirzəzadə, Qənirə Paşayeva, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, YAP Gənclər birliyinin ofis rəhbəri Əli Pənahov, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, əməkdar artist Tünzalə Ağayeva və teleaparıcısı Samirə Mustafayevanın təmsil olunduğu münsiflər heyəti müəlyyən edib.

Qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA