Cavid Qurbanovun işçisi sahibkardan 5 min rüşvət istəyib?! - PA-ya müraciət

img

07-11-2014 [15:58]


"Preziden İlham Əliyevin ölkədə sahibkarlığın inkişafı yönündə verdiyi sərəncam və tapşırıqların deyəsən bəzi məmurlar üçün heç bir əhəmiyyəti yoxdur. Belə məmurlardan birinin də "Azəryolservis" MMC-nin rəhbəri, deputat Caviq Qurbanovun işçilərinin olduğunu başıma gətirilən oyunlar da təsdiqləyə bilər". 

Mia.az xəbər verir ki, bu sözləri Xəzər rayon Türkan kəndində sahibkarlıqla məşğul olan, Laçınlı məcburi köçkün Paşayev Pərviz Sağatel oğlu Arazmedia.az-a ünvanladığı məktubda bildirib.

Onun sözlərinə görə, sahibkarlıqla məşğuldur və dövlətin vergisini vaxtında ödəyir: "Mən istifadəmdə olan pay torpağında istixana yaradıb, burada tərəvəz yetişdirib, Azərbaycan bazarlarına çıxarmaq istəyirəm. Bunun üçün bütün tədbirləri, rəsmi işləmləri həyata keçirmişəm. Dövlət rüsumlarını ödəməklə istixanaya "Azəriqaz"ın texniki şərtinə əsasən qaz xətti Hövsan kəndinin ara yollarından birinin altından keçirilməli idi. Mən də şəxsi vəsaitim hesabına həmin yolu 1saat ərzində, 30 sm enində, 50 sm dərinliyində qazdırmış, dəmir borunu tam standartlara uyğun olaraq ordan keçirdikdən sonra yolu əvvəlki vəziyyətinə gətirdim. Keyfiyyətli asfalt örtüyü göz qabağındadır. Lakin az sonra buna görə "qara günlərim" başladı".

Sahibkar bildirib ki, gördüyü işlərə Xəzər rayon İcra Hakimiyyətindən və kənd İcra Nümayəndəliyindən də icazə alıb: "Ancaq bu dəfə onu narahat edən "Azəryolservis"in iki əməkdaşı (onlardan birinin adı Coşqundur) mənə "göz verib, işıq vermir"lər. Deyirlər ki, "yolların lotusu bizik, bizi görmədən, yoldan xətt keçirəni məhv edirik". Artıq 15 gundür ki, hər gün gəlib otururlar istixanada ki, ya bizə 5000 manat pul verməlisiniz, ya da min əziyyətlə, şəxsi vəsaitiniz hesabına basdırdığım dəmir borunu çıxarıb aparacaqlar. Xətti çıxararkən dağıdılacaq yolu da mənə düzəltdirəcəklərini deyirlər".

Sonda sahibkar bildiri ki, üzləşdiyi vəziyyətlə bağlı həftənin birinci günü Prezident Administrasiyasına şəxsən gedib, dərdinin əlaqədar rəsmilərə söyləyəcək: "Arıq başqa yolum yoxdur. Ümid edirəm ki, məmurların rüşvət tələbinə qarşı sərt tədbirlər görüləcək". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA