07-11-2014 [11:11]
Bu gün Dövlət İqtisad Universitetin sabiq rektoru, hazırda həmin universitetdə kafedra müdiri işləyən deputat Şəmsəddin Hacıyevlə bağlı daha bir məhkəmə prosesi keçiriləcək.
Mia.az xəbər verir ki, Şəmsəddin Hacıyevin bir müddət əvvəl xəbər portallarının birinə keçmiş müşaviri haqda dediyi bəzi ifadələr, həmçinin «Bədirxan Musayevə vətən xaini damğası vuraraq qovmuşam» ifadəsi məhkəməlik olub. Professoru, iqtisad elmləri doktoru B.Musayev buna görə deputatı n haqqında Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb. Lakin Xətai Rayon Məhkəməsi professorun iddiasını təmin etməyib. İş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakim Camal Ramazanovun sədrliyi ilə araşdırılır.
Mia.az-a daxil olan məlumata görə, hakim bu gün saat 15.00-da proses keçirəcək.
Qeyd edək ki, bununla bağlı professor Bədirxan Musayev tərəfindən Mia.az-a yeni müraciət daxil olub.
Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə üz tutan professor yazıb:
«İqtisad Universitetinin sabiq rektoru millət vəkili, Milli Məcllisdə komitə sədri Şəmsəddin Hacıyev iqtisad elmlər doktoru, professor, Dövlət Mükafatı laureatı, Türk Dünyasının akademiki, "İqtisadi Kibernetika” elminin yaradıcısı, 19 dəfə fəxri fərmana laiq görülən, xalqın nüfuzlu ziyalısı və i.a. Musayev Bədirxan Sarı oğluna, yəni mənə "vətən xaini” damğası vurub işdən qovması haqqında cinayət tərkibli açıqlamasına 17 nəfər seçki komissiyasının üzvlərini, 8 fakültədən 625 əməkdaşı, 47 nəfər qohum və yaxınlarını, 10 nəfər xadiməni, 17 nəfər "Iqtisadi Kibernetika” kafedrasının əməkdaşlarını, 5 nəfər rektoratın üzvlərini də dolayısı ilə cəlb etmişdir. Eyni zamanda o, Əlixan Əliyevi məni öldürtməyə təhrik etmiş, ulu öndər H.Əliyevi təhqir edən sabiq köməkçisi Zəfər Bayramova barəmdə təhqir və təhdidlərlə dolu məqalə yazdırmışdır. Bundan əlavə, Yalçın Hacızalovu kafedra müdiri seçmək haqda söz verdiyinə görə əxlaqsız və tərbiyəsiz məqalə yazdırıb. Səhhətimlə əlaqədar məni işdən çıxardandan 14 gün sonra Mərkəzi Klinikadan hüquqi əsası olmayan arayış almışdır. Eyni zamanda, o, rektor olan zaman universitetdə yaşanan xoşagəlməz "Qoluboyu” qalmaqalını araşdırmaq təklifimi müvafiq ekspert komissiyasında yoxlatmaq əvəzinə, hüquqşunasa yoxlatmış və mənə qarşı saxta arayış yazdırmaqdan da çəkinməyib.
Gülməli görünsə də, sabiq
distant təhsil müdiri Eminov Nazimi rüşvətxorluğuna görə ətrafından
uzaqlaşdırmaq haqda təklifimi yoxlamaq üçün yaratdığı komissiyaya elə Eminov
Nazimi sədri təyin edərək, mənim əlehimə saxta arayış tərtib etdirib.
Beləliklə sabiq rektor Ş.Hacıyev mənə "vətən xaini” damğası vurub işdən
qovmasına 825 əməkdaş cəlb edib, onları 2475 saat vaxt itirməyə təhrik
etmişdir. 135 hakimlə qarşılaşmağıma, 1800 dəfə məhkəmələrə gedib-gəlməyə
təhrik edib, əsassız məhkəmə qərarları ilə məni 900 manat
cərimə etdirmişdir. Hakimləri öz maddi marağın təsiri altına salaraq 42 dəfə öz
xeyrinə qərar çıxartdırmışdır. 80 min manatdan çox mənə maddi ziyan vurdurub,
15 rektorla 60 il bütün vəzifələrdə işlədiyim binalara daxil olmağa qadağa
qoyubdur və i.a. Rüşvətə yox, xahişə olmaz, hədə-qorxuya sinə gərərək
universitet üzrə mənimsəmənin 0 olmasını sübut edən və millətin gələcəyini məhv
edən Ş. Hacıyevə qarşı mübarizə aparan mən (B.Musayev) "vətən xaini” ola
bilərəmmi?
Ş.Hacıyev seçki komissiyasının videokasetini montaj etdirmiş, kafedra müdirliyi və rektorun müşaviri vəzifələrindən imtina ərizələrimi, sağlamlıq və Mərkəzi Klinikadan xəstəliyim haqda arayışı, ictimai rəy sorğusunu, müvafiq kafedra və ekspertlərin müsbət rəyini oğurlatmışdır.
Təhlükədən xilas olmaq üçün yeddi nəfəri 15 dəfə evimə
xahişə göndərmişdir. Keçmiş mərkəz rəhbəri və yaaxın dostu Həsən
İsrafilov Ş.Hacıyevin hazırladığı sənədə imza atmaq üçün mənə 20 min manat
rüşvət təklif etdi. Mən bundan imtina etdim. Videokasetin əslini və oğurlatdığı
sənədləri əldə etdikdən sonra imza atacağıma razılıq verdim. Həmin sənədlərin
bir hissəsini müvafiq orqanlara təqdim etmişəm. Qalan hissəsini isə istənilən
vaxt təqdim edə bilərəm. Buna baxmayaraq müvafiq orqanlardan indiyə kimi heç
bir cavab ala bilməmişəm. Ş. Hacıyev bədnam əməllərinin təşkilini ətrafına
topladığı təhlükəli banda üzüvlərindən sabiq dekan və qardaşının qudası
Müzəffər Məmmədov, sabiq Magistratura mərkəzinin müdiri, arvadının qohumu və
yerlisi, tələbə yoldaşı Həsən İsrafilov, sabiq dekan, arvadının qohumu, 7 il
xaricdə ailəsi ilə bir yerdə istirahət edən Kamil Qafarov, avtoreferatında və
"Gündəm xəbər” qəzetində ulu öndər H.Əliyevin fikirlərini təhrif edən sabiq
köməkçisi Zəfər Bayramov və digərləri yerinə yetirmişlər. Sabiq rektor Ş. Hacıyev
cənab prezident İlham Əliyevin və məhkəmələrin funksiyasını əlindən alıb mənə
"vətən xaini” damğası vurub universitetdən qovması və vətəni tərk etməyə cəhd
göstərməsi haqda mətbuata verdiyi açıqlamalarda nə
dərəcədə onun haqlı olmasını müəyyən etmənizi xahiş edirəm. Əks halda
müzakirənin bugünkü məhkəməyə baxan hakim Camal Ramazanov tərəfindən davam
etdirilməsindən imtina edirəm».
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi