“Breyn-Rinq” bilik yarışması - ADİU-i 1-ci yerə çıxdı - FOTO

img

06-11-2014 [21:36]


"Breyn-Rinq” intellektual bilik yarışmasında Azərbaycan Dövlət İqtisad Universitetinin komandası birinci yerə layiq görülüb. ADİU-nu tələbələrdən Hikmət Əliyev, Tofiq Ağayev, Elgün Abdurrahmanov, Samir Bağırov, Urfan Orucov və Tərlan Əsədli təmsil ediblər.

ADİU-nun Marketinq və Kommunikasıya Departamentindən Mia.az-a verilən məlumata görə, ıQiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təşkilatçılığı və "Paşa Bank”-ın dəstəyi ilə təşkil olunan intellektual oyunda Azərbaycanın digər nüfuzlu ali təhsil müəssisələrinin tələbələri də bilik və bacarıqlarını sınayıblar.

Yarışmada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandası ikinci, Bakı Dövlət Universitetinin tələbələri isə üçüncü yerə çıxıblar.

Sonda qaliblərə sertifikatlar və dəyərli hədiyyələr təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA