Xəzərdəki neft buruğunda QƏZA oldu: 4 neftçi xilas edildi, 1-i öldü

img

06-11-2014 [21:10]


N.Nərimanov adına NQCİ-də bədbəxt hadisə baş verib.

Mia.az ARDNŞ-ə istinadən xəbər verir ki, noyabrın 6-da saat 16.00 radələrində "Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş vermiş, nəticədə estakadanın üzərindən keçən 250 mm diametlik neft xətti qırılıb:

"Qəzanın daha böyük miqyas almaması məqsədi ilə NQÇİ-nin ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək oradakı qazpaylayıcı batareyanın siyirtmələrini bağlamış, beləliklə, yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alınmışdır. Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçmuş və onlar dənizə düşmüşlər. Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılmışdır. Onlardan 1 nəfəri dünyasını dəyişmişdir. Dənizə düşməsi ehtimal edilən 1 nəfərin axtarış işləri davam etdirilir. Qaradağ-10, PS-158, PSK-51, Ağdərə-4, PSK-31, Orion-4, Şirvan-2, Zərdab-3 gəmiləri axtarış işlərinə cəlb olunmuşdur. 

Axtarış işlərinin nəticələri haqqında əlavə məlumat veriləcəkdir. Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılmışdır". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA