Akademiyada ciddi dəyişikliklər, Məmmədxanlıya vəzifə verildi - Təyinatlar

img

06-11-2014 [20:59]


AMEA Humanitar və İctimai Elmlər Bölməsinin elmi katibi təyin edilib.

Mia.az-ın məlumatına görə, Akademiyanın Humanitar və İctimai Elmlər Bölməsinin elmi katibi vəzifəsinə Arzu Məmmədxanlı təyin edilib. 

Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

Mia.az onu da xəbər verir ki, bu gün AMEA Aşqarlar Kimyası İnstitutuna yeni təyinatlar olub. AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə kimya üzrə elmlər doktoru Mirzə Mövsümzadə təyin edilib. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin 5 noyabr 2014-cü il tarixdə keçirilmiş iclasında qəbul olunub.

Digər bir qərarla kimya üzrə fəlsəfə doktoru Mehbarə Səfərova qurumun elmi katibi vəzifəsinə təyin olunub.
İclasda, həmçinin Aşqarlar Kimyası İnstitutunun strukturunda bəzi dəyişikliklərin edilməsi haqqında qərar qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA