Deputata məxsus çoxmərtəbəli bina sökülür - FOTOLAR

img

06-11-2014 [12:54]


Milli Məclisin deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sabiq direktoru Ayaz Orucova məxsus olduğu bildirilən obyekt sökülür. Modern.az saytının məlumatına görə, sökülən çoxmərtəbəli bina metronun "Koroğlu” stansiyasının yaxınlığında, Ziya Bünyadov prospektində yerləşir.
Hadisə yerində olan əməkdaşımıza bildirilib ki, çoxmərtəbəli binanın sökülməsinə səbəb burada yeraltı tunel və yol qovşağının inşası ilə bağlıdır.
Qeyd edək ki, sözügedən binada "İndesit”, "İspaniolla” və daha bir neçə xarici firmanın Azərbaycandakı distryübüter şirkəti, məişət avadanlıqları, mebel və digər mağazalar şəbəkələri yerləşirdi.
Yeri gəlmişkən, sökülən obyekt iki il öncə yüksək səviyyədə təmir olunmuşdu.
Ayaz Orucov 81 saylı Beyləqan seçki dairəsindən deputat seçilib. O, uzun müddət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişafFondunun direktoru vəzifəsində çalışıb. 2003-cü ilin mayında A.Orucov həmin vəzifədən çıxarılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA