Millət vəkili institut direktoru oldu-TƏYİNAT

img

05-11-2014 [18:02]


Azərbaycan Milli Elmlər Akademiyasında kadr təyinatları həyata keçirilib. 


Bu barədə AMEA Rəyasət Heyətinin bugünkü iclasında məlumat verilib. İclasda bəyan olunub ki, kimya üzrə fəlsəfə doktoru Məlik Dəmirov AMEA-nın Təcrübə-Sənaye Zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub. Kimya elmləri doktoru Mirzə Mövsümzadə AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə fəlsəfə doktoru Mehbarə Səfərova AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fəridə Qəhrəmanova AMEA-nın Mikrobiologiya İnstitutunun elmi katibi vəzifəsinə təyinat alıb.


Tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlıya da AMEA-da vəzifə verilib. O, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru vəzifəsinə təyinat alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA