05-11-2014 [16:38]
"Dünən parlamantdə komitələrin hökumətlə birgə büdcə müzakirələrində Maliyyə naziri Samir Şərifova hər iki valideynini itirmiş bir tələbə ilə bağlı müraciət etdim”.
Bunu millət vəkili Zahid Oruc hər iki valideynini itirmiş təbəbələrin təhsil almaq hüququ ilə bağlı qanunu şərh edərkən deyib.
Deputat bildirib ki, təhsil haqlarını ödəməkdən azad olunan şəxslər magistratura təhsilinin 1-ci ilini bitirdikdən sonra 23 yaşına çatdığından, məlum güzəştdən məhrum olunurlar:
"Bu isə dövlətin başlatdığı siyasətin uğurla nəticələnməsinə mane olur və sözügedən tələbələrə ağır problem yaradır. Müxtəlif elmi müsabiqələrdə qalib gəlmiş bir tələbə barəsində İqtisad Universitetinin rəhbərliyinə müraciət etsəm də, onun təhsil ödənişinin yalnız dörddə birinə güzəşt olunacağı cavabını aldığım üçün məsələni Milli Məclisdə qaldırmağı məqsədə uyğun bildim. Azərbaycan dövləti hər iki valideynini itirmiş şəxslərin təhsil almaq hüququnun gerçəkləşdirilməsi üçün müvafiq qanun qəbul edib. Söhbət 23 yaşınadək tələbələrin ödənişlərdən azad edilməsindən gedir. Etiraf etmək lazımdır ki,cəmiyyətin müxtəlif təbəqələrinin, xüsusilə də məcburi köçkünlərin və himayədən məhrum olunmuş insanların davamlı təhsil problemini həll etmək əslində Qarabağ müharibəsinin vurduğu böyük humanitar fəlakətin aradan qaldırılması siyasətinin tərkib hissəsidir. Ölkə başçısı bu il ali məktəblərə qəbul olunan şəxslərin prezident təqaüdləri ilə təmin olunması haqqında xüsusi sərəncam imzalayarkən hər iki valideynini itirmiş 7 tələbəni də siyahıya daxil edib”.
Millət vəkili İqtisad Universitetinin yeni rektorunun himayədən məhrum olunmuş uşaqların "gələcək ixtisaslı kadrlara çevrilməsi istisnasız olaraq onların təhsil haqlarını ödəməsindən keçir” fikrini kəskin qınayıb:
"Dünyada məhşur universitetlərin istedadlı tələbələrə yüksək güzəştləri, hətta bütün təhsil xərclərindən tələbəni azad etməsi praktikasını elmi ictimaiyyət yaxşı bilir və bizim rektorların da bunu öyrənməsində bir fayda var. Günlər öncə müraciət etdiyim bir tələbənin timsalında şahidi oldum ki, istər qanunvericilik, istərsə də prakitiki səviyyədə biz təhsil sistemində hələ çox iş görməliyik. İqtisad Universitetinin yeni rəhbərliyi ola bilsin müəllim-tələbə münasibətlərində mövcud olan neqativ halları aradan qaldırmaq üçün hansısa addımlar atır, lakin doğrudanmı bunlar təhsilinin fundamental prinsiplərinə xidmət edir? Kimsəsiz və gəlir mənbəyini itirmiş əlaçı tələbələrə təhsillərini davam etdirmək üçün yollar axtarmaq hər bir elmi müəssisənin başlıca vəzifəsidir”- deyə millət vəkili bildirib.
Xatırladaq ki, sözügedən hadisə ilə əlaqədar millət vəkili Zahid Oruc məsələnin müsbət həlli üçün Təhsil Nazirliyinə, Elmin İnkişafı və Bilik fondlarına müraciət edib(axar.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi