Prezident Avropalı nazirlə Qarabağdan danışıb

img

05-11-2014 [15:04]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonu qəbul edib.

Görüşdə Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla vurğulayıb.

Bundan başqa görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə olduğu bildirilib, iqtisadi əməkdaşlıq sahəsində energetikanın prioritet təşkil etdiyi vurğulanaraq bu istiqamətdə Böyük Britaniyanın bp şirkətinin Azərbaycanın əsas tərəfdaşı olduğu qeyd edilib. Həmçinin, mühüm infrastruktur layihələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA