"Bandotdel"in yeni rəisi kimdir? - FOTOLAR

img

05-11-2014 [11:27]


Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin yeni rəisi Seyfulla Əzimov bağılı maraqlı məlumat yayılıb.

Mia.az bildirir ki,  yeni rəisin adı 2009-cu ildə ADNA-da baş verən terror hadisəsindən sonra parlamağa başlayıb. 

O, həmin vaxt Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi olub. Hadisəni eşidən kimi ADNA-ya gələn ilk səlahiyyətli şəxslərdən olub. Onun akademiyada avtomatla yoxlama apardığını əks etdirən kadrlar da var. 

Qısa müddətdən sonra Əzimov Ramil Usubovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin rəis müavini təyin olunur. Bir müddətdən sonra 2011-ci ildə S. Əzimov müavinlikdən rəis vəzifəsinə qalxır. 

O, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alır. Üç ildən sonra isə ona daha böyük post Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ("Bandotdel”) etibar olunur və bildiyimiz kimi, dünən nazir onunla bağlı əmr verib.

Maraqlıdır ki, bir neçə il ərzində ardıcıl vəzifə təyinatı alan Əzimovla bağlı mediada çox az məlumata rast gəlmək olar. Rəisin şəkli isə bu günə qədər mediada, ümumiyyətlə, yayımlanmayıb.

 ADNA-da baş verən terror hadisəsini əks etdirən kadrlardan əldə etdiyimiz fotoları təqdim edirik:




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA