05-11-2014 [09:09]
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Dövlət Mükafatı Laureatı, iqtisad elmləri doktoru Bədirxan Musayev rəsmi dairələrə göndərdiyi müraciətin surətini Mia.az-a təqdim edib.
Mia.az həmin müraciəti olduğu kimi oxuculara təqdim etməklə yanaşı, burada adı çəkilənlərin hər birinin mövqeyini də dərc etməyə hazır olduğunu bildirir:
"Azərbaycan Respublikası Prezidenti, möhtərəm cənab İlham Əliyevə,
Surəti: Prezident Administrasiyasının rəhbəri, akademik cənab Ramiz Mehdiyevə,
Surəti: Prezident Administrasiyasının şöbə müdiri Fatma xanım Abdullazadəyə
Surəti: Bakı Apellyasiya Məhkəməsinin sədri, cənab İman Nağıyevə
Müraciət:
Möhtərəm cənab
Prezident, Hörmətli İlham Əliyev cənabları!
İşlərinizin çox olduğu ərəfədə Sizə müraciət
etdiyimə rəğmən, bir professor, iqtisad elmləri doktoru, Dövlət Mükafatı
laureatı, Respublikada yeni elmi istiqamətin - Iqtisadi Kibernetikanın
yaradıcısı və təşkilatçısı, respublika və xarici dövlətlər üçün 60-dan çox
elmlər namizədi və doktoru yetişdirən, 20 ildən çox Təhsil Nazirliyində
"İqtisad” bölməsinə rəhbərlik edən, Türk Dünyası Beynəlxalq Araşdırmalar
Akademiyasının akademiki, 8 guşəli qızıl ulduz medalı təltifçisi, Respublikanın
"100 görkəmli alimləri”, Respublikanın
iqtisadi inkişafında rolu olan "100 persona”, XXI əsrin görkəmli ziyalıları və
s.i külliyyatlarda adı keçən və sair əhəmiyyətli titullara sahib olan bir şəxsin,
yəni mənim fəryadımı anlayışla qarşılayacağınıza inanıram.
Möhtərəm cənab
Prezident!
Məlumat üçün
diqqətinizə çatdırıram ki, rektorluq istisna olmaqla, 60 ilə yaxın Dövlət İqtisad
Universitetində müxtəlif vəzifələrdə işləmişəm. Lakin keçmiş rektor Şəmsəddin Hacıyevin
universiteti elm məbədindən bazara çevirməsinə etiraz etməyim və bununla bağlı cənab
Prezidentə müraciət etməyimdən sonra o, 2011-ci ilin noyabr ayının 4-də məni rektorun
müşaviri, 11-də isə kafedra müdirliyindən azad edən saxta əmrlər verdi. Maraqlıdır
ki, Hacıyev 1-ci əmrini səhhətimlə (halbuki bunu təsdiq edən heç bir sənəd olmayıb),
2-ci əmrini isə seçki komissiyasının rəyinə əsaslanıb verib. Düz 3 ildir ki, Hacıyevin
bu əmrlərinin qondarma və saxta olduğunu, əslində, 60 il canımı fəda etdiyim universitetdən
məni niyə uzaqlaşdırmasının əsl səbəbləri ilə bağlı müxtəlif dövlət qurumlarının
rəhbərlərinə, hətta məhkəmə hakimlərinə də rəsmi sənədlər və seçki komissiyasının
37-ci ilin ab-havası ilə keçirilən iclasının video-yazısı (sənədləri və diski istənilən zaman təqdim edə bilərəm) və sair kimi
təkzibolunmaz faktlarla izah edirəm. Ancaq görünən odur ki, Şəmsəddin Hacıyevin
həm universitetdəki əməlləri, həm mənə qarşı cinayətləri ifşa olunsa da, təqdim
etdiyim rəsmi təkzibolunmaz sənədlərə Şəmsəddin Hacıyevin deputat mandatı və pulunun
gücünə görə hüquqi qiymət verən yoxdur. Çox
təəssüf ki, bu günə qədər məhkəmə hakimləri keçmiş rektorun pulu və mandatının təsirinin
altından hələ də çıxa bilmirlər. Halbuki, Şəmsəddin Hacıyevin məni mətbuatda «vətən xaini damğası vuraraq işdən qovmuşam»
böhtanı ilə bərabər, onun köməkçisi Zəfər
Bayramovun yumşaq dillə desək, başından böyük səhv edərək, mərhum Ümummilli Liderimiz
Heydər Əliyevin fikirlərini təhrif və təhqir etməsi və sair kimi cinayət və mülki
mübahisə yaradan əməllərini təsdiqləyən yüzlərlə dəlilləri məhkəmələrə təqdim etmişəm.
Dəhşətverici olay budur ki, istər universitet rəhbərliyinə işlədiyim dövrdə
təqdim etdiyim sənədlər, istər məhkəmə hakimlərinə iddia tələblərimə uyğun
verdiyim sənədlərin böyük hissəsi rəsmiyyətdən gizlədilib, protokollara əlavə olunmayıb.
Bir sözlə, təqdim etdiyim və sübut hesab edilən əksər sənədlər məhkəmə işlərinin
içindən mənə məlum olmayan yollarla oğurladılıb. Sözsüz ki, bu məsələdə məhkəmə
hakimlərinin xüsusi maddi maraqları və əsassız verilən sifarişli tapşırıqlar ciddi
rol oynayıb. Çünki onların bəziləri açıq şəkildə mənə «Professor, biz bilirik, sən
haqlısan, Amma Sizə kömək etməyə imkan verilmir» deyə, mənə açıq sözlərini bildiriblər.
Sözsüz ki, elə bu səbəbdən 3 ildir məhkəmə hakimləri Ş.Hacıyevə qarşı hər hansı
bir qərar qəbul edə bilmirlər.
Möhtərəm cənab
Prezident!
Görün məhkəmələr nə qədər zəlil günə qalıb ki, 3 ildir
mənim şərəf və ləyaqətimi təhqir edən Şəmsəddin Haacıyev və onun köməkçisi olmuş Zəfər
Bayramovun barəsində də qərarını elan edə bilmir. Halbuki qanunvericiliyə görə məhkəmə
6 ay ərzində icraatında olan işlə bağlı qərarını elan etməlidir. Ancaq hakimlər
özlərini artistliyə qoyaraq, Azərbaycanın adına ləkə yaxmaqda davam etdiyindən hələ
də bu prosesi də yekunlaşdıra bilməyiblər. Çünki hakimlər Şəmsəddin Hacıyevdən pul almaqla yanaşı, həm də birbaşa sədrdən tapşırıq
aldıqların gizlətmirlər. Digər yandan, mənə elə gəlir ki, Siz haqlı olaraq Ş.Hacıyevi
vəzifəsindən azad etdikdən sonra, o, sanki əl-altılarının təhdidi ilə üz-üzədir.
Görünür, Zəfər Bayramov və digərləri onu «əgər bizi qurtarmasan, həqiqəti danışacağıq»
deyə, onu şantaj edirlər. Hacıyev də buna görə bütün gücü ilə məhkəmələri təsir
altından çıxmağa imkan vermir. Ona görə də Z.Bayramovla bağlı məhkəmə prosesi
də 3 ildir davam edir. Belə getsə, rekordlar kitabına düşəcək bu məhkəmə!
İnanıram ki, Siz Zəfər Bayramova qarşı Bakı Apelyasiya
Məhkəməsində olan işi tələb edib, araşdırsanız, bu biabırçılıqlara şahid olacaq,
eyni zamanda, ölkənin və onun məhkəmələrinin adına rüsvayçı xələl gətirənləri sərt
şəkildə cəzalandıracaqsınız!
Möhtərəm cənab
Prezident! Diqqətinizə çatdırım ki, Zəfər Bayramova qarşı şikayətim
əsasında keçirilən məhkəmə prosesi zamanı Şəmsəddin Hacıyevin universitetin 12 fakültəsindən
8-nin Elmi Şurasının üzvlərinin adlarından gestapo rejimlərində olduğu kimi, özlərindən
xəbərsiz saxta protokollar tərtib edib, imzalatması və bunu aidiyyatı orqanlara,
hətta məhkəmələrə göndərməsindən bu günlərdə xəbər tutmuşam. Həmin protokollarda
adları çəkilənlərin böyük əksəriyyəti bundan xəbərsiz olduqlarını şəxsən mənə deməklə
yanaşı, məhkəməyə çağırılacaqları təqdirdə, əsl həqiqəti deməyə hazır olduqlarını
bəyan ediblər. Lakin hakimlər onların da məhkəməyə gəlib, ifadə verməsinə imkan
vermirlər. Bu isə o deməkdir ki, Şəmsəddin Hacıyev mənim 2011-ci ilin noyabr ayının
6-da «Reytinq» qəzetində möhtərəm cənab prezidentə açıq məktubumdan həddən artıq
bərk narahat olaraq, həmin ayın 8-dən 15-dək kağız üzərində təşkil etdiyi fakültə
elmi şuralarının iclas tamamilə saxta olub. Bu, onun özünü qoruma, cinayətlərini
ört-basdır etmək cəhdindən savayı bir şey olmayıb. Bunu guya keçirilən həmin iclaslarda
iştirak edənlərin sayı ilə imza atanların sayı arasındakı kəskin fərqlər (həmin
sənədləri təqdim edə bilərəm) və adı orada imza atan kimi göstərilən müəllimlərin
əksəriyyəti də təsdiqləyə bilər. Ancaq Şəmsəddin Hacıyev və onun yeni rektor Ədalət
Muradov tərəfindən vəzifələrindən qovulan bandası - qudası, dekan Müzəffər Məmmədov,
köməkçisi Zəfər Bayramov, bacanağı sayılan dekan Kamil Qafarovla mərkəz rəhbəri
Həsən İsrafilov, həmçinin digər cinayət ortaqları 2011-ci ildə universitetdə toplanan
milyonlardan başgicəllənməyə məruz qalaraq, nə etdiklərinin fərqində belə olmayıblar.
Şəmsəddin və onun təhlükəli banda üzvlərinin universiteti talamaq iştaahası o qədər
gen olub ki, kişiliyə və insanlığa sığman hərəkətlərə də əl atmaqdan utanmayıb,
xadimələrin dəstəyinə də möhtac duyublar. Bununla kifayətlənməyən Ş.Hacıyev və
3-5 nəfərdən ibarət korrupsiya dəstəsi hətta 625 nəfər universitet əməkdaşı adından
dövləti cinayətə yol verməklə, saxta iclaslar keçirib, protokollar tərtib edib,
orada mənim şərəf və ləyaqətimə zərbə vuran təhqirlər yağdırıblar. Bununla bərabər,
2011-ci ildə «Reytinq» qəzetində rəsmi sənədlər əsasında Sizə – möhtərəm cənab Prezidentə
yazdığım açıq müraciətə cavab olaraq, elə həmin qəzetdə hələ də açıqlanmayan 47
nəfərin imzası ilə məqalə ilə çıxış edərək, mənə böhtan atıblar, orada bir daha
Ümummilli Liderimizin fikirlərini təhrif ediblər.
Maraqlı burasıdır ki, aidiyyatı dövlət qurumlarının
rəhbərləri və hakimlər Şəmsəddin Hacıyev və onun adıçəkilən əl-altılarının da cinayətlərini
(xidməti otağıma prokurorsayağı basqın, ölümlə təhdidlər, kafedra müdiri seçkisinin
video-diskinin montaj etdirilməsi, sənədlərin saxtalaşdırılması, oğurlanması, milyonlarla
manat mənimsəmələr, korrupsiya və rüşvətxorluğuna dair təkzib olunmaz faktlar və
sair) araşdırmaqdan, ona hüquqi qiymət verməkdən imtina edirlər.
Möhtərəm cənab
Prezident!
Sonda Sizdən məni münasib bildiyiniz zamanda qəbul etməyinizi
xahiş etməklə bərabər, bir rica da edirəm. Siz bütün ölkənin vətəndaşlarının dayağı
və himayəçisiniz.
Diqqətinizə çatdırıram ki, Şəmsəddin Hacıyevin "Qafqazinfo.az" saytında, "Yeni
Müsavat” və digər qəzetlərdə «Bədirxan Musayevə vətən xaini damğası vuraraq işdən
qovmuşam» və sair cinayət tərkibli sözlərinə görə məhkəməyə vermişəm, lakin hakimlər
bir ildir buna da baxmırlar. Həmin iş hazırda
Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun icraatdadır. Hakim iş üzrə
07 noyabr 2014-cü il tarixində saat 15.00-a iclas təyin edilib. Bu işi şəxsi
nəzarətinizə götürməyinizi və nəhayət, ədalətin bərpa edilməsində mənə köməklik
göstərməyinizi xahiş edirəm. Əminəm ki, Siz
şəxsən Ümummilli Lider Heydər Əliyevin şəxsən qayğısı altında olmuş və onun hərtərəfli
dəstəyini bu gün də öz üzərində gördüyü bir professorun - Bədirxan Musayevin bu müraciətini cavabsız
qoymayacaqsınız.
Allah Sizə və
ailənizə kömək olsun!
Hər zaman
mərhum Heydər Əliyevin yoluna, Sizin apardığınız siyasətə sadiq olan
iqtisad elmləri doktoru, professor Bədirxan Musayev".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi