Ramil Usubovun təyinatları ilə bağlı rəsmi məlumat

img

04-11-2014 [20:46]


Bu gün Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə həyata keçirilən kadr islahatlarının təfərrüatı məlum olub. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə Quba Rayon Polis İdarəsinin rəisi Seyfulla Əzimov təyin olunub.

Bakı şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasov isə DİN Baş kadrlar idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

DİN mətbuat xidməti Nəsiminin polis rəisi Musa Musayevin vəzifə dəyişikliyi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.

Xatırladaq ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Mirqafar Seyidov Bakı şəhər Baş Polis İdarəsinə rəis təyin edilib. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA