MTN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

img

04-11-2014 [19:35]


Azərbycan Milli Təhlükəsizlik Nazirliyi sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

"MİA” aznews.az-a istinadən xəbər verir ki, "Facebook” sosial şəbəkəsində adında Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası ilə əlaqəli rekvizitlərin (ad, simvol və s.) olduğu bəzi hesab, səhifə və qruplar mövcuddur.

Nazirlik həmin sosial şəbəkə resurslarının Milli Təhlükəsizlik Nazirliyinə heç bir aidiyyəti olmadığını açıqlayıb.

Nazirlikdən onu da bildiriblər ki, Nazirliyin fəaliyyəti ilə bağlı informasiyalarda müvafiq hesab, səhifə və qruplardakı məlumatlara istinad olunmamalıdır.

Qeyd edək ki, nazirliyin rəsmi sosial şəbəkə resursları aşağıdakılardır:

1. "Facebook" sosial şəbəkəsində - "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi" səhifəsi (www.facebook.com/azerbaijanmns);

2. "Twitter" sosial şəbəkəsində - "MTN Azərbaycan" səhifəsi (twitter.com/AzerbaijanMNS).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA