04-11-2014 [19:21]
Təxminən bir həftə bundan əvvəl Bakıda yaşayan xanım sürücü Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gələrək DYP əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayət edib.
Mia.az xəbər verir ki, avtosfer.az-ın əldə etdiyi məlumata görə, xanım sürücü DYP-də olarkən bildirib ki, tanımadığı bir oğlan onun Bakıda bütün hərəkətlərinə nəzarət edirmiş. Bunun necə mümkün olduğuna təəccüblənən həmin qadın sonradan işin üstünü aça bilib. Məlum olub ki, onun avtomobillə bütün hərəkətlərini öyrənən oğlanın Dövlət Yol Polisi İdarəsində tanışı var. Həmin DYP əməkdaşı xanım sürücünün avtomobilinin dövlət nömrə nişanı ilə onun şəhərdə bütün hərəkətlərini izləyib və bu barədə oğlana məlumat verirmiş. Bundan hiddətlənən xanım sürücü DYP əməkdaşı tərəfindən qanunsuz olaraq kameralar vasitəsilə izlənilməsini, əldə olunan məlumatların isə tanımadığı şəxsə ötürülməsini əsas gətirərək həmin polisin tapılıb cəzalandırılmasını tələb edib. Lakin Bakı şəhər DYPİ-də aparılan araşdırmalardan sonra məlum olub ki, həmin xanım barəsində məlumatları öz tanışına ötürən DYP əməkdaşı bu idarənin yol, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olub. Bundan sonra xanım sürücü Baş DYPİ-yə üz tutub. Hələlik məsələnin araşdırılıb-araşdırılmadığı, xanım sürücü barəsində məlumatların kim tərəfindən ötürülməsi barədə məlumatımız olmasa da, bu istiqamətdə apardığımız araşdırmalar zamanı olduqca maraqlı məqamlar üzə çıxıb. Məlum olub ki, yuxarıda bəhs etdiyimiz xanım sürücünün başına gələn bu hadisə - müşahidə kameralarına nəzarət edən DYP əməkdaşlarının qanunsuz əməlləri, yəni, şəxsin özünün icazəsi olmadan, hər hansı bir məhkəmə qərarı çıxarılmadan onunla bağlı məlumatların başqalarına ötürülməsi halları ilk dəfə baş vermir…
Sumqayıt şəhər sakini Afət Yaqubova Avtosfer.az saytına bildirib ki, bu ilin avqustunda onun da başına belə bir hal gəlib: «Mən Bakıdan Sumqayıta gedərkən «Ekologiya postu»nun yanında bir «07» yanımda təhlükəli manevrlər edib ikitəkər sürürdü. Mən də maşınımda olan şəxslə söhbət əsnasında gülə-gülə dedim ki, görəsən bu adam nəyə güvənir ki, maşını belə sürür? Yoluma davam edib anamgilə getdim, 4-5 saat sonra isə evimə yollandım. Axşam vaxtı bir də gördüm ev telefonuma zəng gəldi. Zəng edən bir oğlan idi. Mənə dedi ki, gündüz «Ekologiya postu»nun yanında sizi keçən maşındakı adamdır. Mənə niyə gülürdünüz? Mən də cavab verdim ki, sən təhlükəli sürdün, mən də elə ona gülürdüm. Başladı danışmağa ki, adamın ucuz maşını olanda gülürlər? Mənim 4 dənə maşınım var. Yol polisi ilə bağlı nə problemin olsa, radara düşsən mənə xəbər elə, qulluğundayam. Soruşdum, nömrəmi hardan tapdın? Cavab verdi ki, maşının nömrəsi ilə axtarıb tapmışam. Onda başa düşdüm ki, ev telefonumun nömrəsini polisdən alıb. Çünki mən öz evimdə qeydiyyatdayam, maşınım da həmçinin. O oğlan da dedi ki, telefon nömrənizi maşının nömrəsini yadımda saxlayıb tapdım. Mən dərhal Daxili İşlər Nazirliyinin «102» xidmətinə müraciət etdim, maşının nömrəsini, hadisənin başvermə saatını dedim. Mənə zəng etdilər, gedib şikayət ərizəsi də yazdım. Təklif etdilər ki, sənə zəng edən adamla bağlı şikayət yaz, tutub cəzalandıraq. Mənsə bildirdim ki, o adamdan şikayətim yoxdur. Mən ancaq ev telefonumun nömrəsini həmin adama verən polisin tapılıb cəzalandırılmasını istəyirəm. Ərizəmi yazıb verdim. Amma üstündən 2 ay vaxt keçib, hələ də bir səs-soraq yoxdur».
Afət Yaqubova sonda onu da deyib ki, onun şikayətindən sonra naməlum şəxs bir daha zəng etməyib. Amma nömrəni ona verən şəxs də tapılmır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi