04-11-2014 [15:51]
Mia.az xəbər verir ki, bunu Azərtac-a müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Avropa Şurasını Baş katibi Torbyorn Yaqlandın "The Guardian” nəşrində dərc olunmuş məqaləsində Azərbaycanda insan hüquqlarının vəziyyəti və məhkəmə sistemi tənqid etməsinə münasibət bildirən Ə. Həsənov deyib ki, Beynəlxalq standartlara uyğunlaşdırılmış Azərbaycan qanunvericiliyi vətəndaş cəmiyyətinin davamlı inkişafına, söz və məlumat, sərbəst toplaşmaq azadlığına, insan hüquqlarının səmərəli müdafiəsinə tam təminat verir: "Bildiyiniz kimi, Azərbaycanda üç pilləli məhkəmə sistemi mövcuddur, ölkəmiz Avropa Şurasının üzvü kimi İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurusduksiyasına daxildir. Dünya təcrübəsinə nəzər salsaq, aydın görə bilərik ki, indiki zamanda bu, insan hüquqlarının müdafiəsini təmin edən ən mükəmməl mexanizmdir.
Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında aktiv fəaliyyəti, təşəbbüskarlığı, prinsipial mövqeyi ilə seçilir, qarşısında duran bütün vəzifələri, öhdəlikləri yerinə yetirir. Biz Avropa Şurasını xarici əlaqələrimizi inkişaf etdirmək, üzv dövlətlərlə səmərəli əməkdaşlıq yolu ilə mövcud potensialımızı daha da gücləndirmək, formalaşmış beynəlxalq münasibətlər sisteminin möhkəmlənməsinə töhfəmizi vermək, ümumavropa proseslərinin fəal iştirakçısı olmaq, həmçinin milli maraqlarımızı müdafiə etmək və haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaq istiqamətində platforma, tribuna kimi qiymətləndiririk. Haqlı olaraq həm Avropa Şurasının rəhbərliyindən, həm də üzv dövlətlərdən Azərbaycana qarşı adekvat münasibət gözləyirik.
Nə qədər məyusedici olsa da, bildirməliyəm ki, bir sıra hallarda Avropa Şurası da daxil olmaqla bəzi nüfuzlu beynəlxalq qurumlar ayrı-ayrı qüvvələrin üzv ölkələrə təsir və təzyiq mexanizmi funksiyasını yerinə yetirirlər. Qondarma "siyasi məhbus” məsələsinin süni şəkildə qabardılması, əsassız, qeyri-obyektiv iddialarla Azərbaycanı ləkələmək cəhdləri həm Avropa Şurası çərçivəsində əməkdaşlıq mühitinə zərbə vurur, onu öz missiyasının icrasından yayındırır, həm də bu təşkilata olan etimadı sarsıdır. Hesab edirəm ki, Avropa Şurasının Baş katibi Tarbyorn Yaqlandın məqaləsində əks olunmuş bəzi iddialar müəyyən anti-Azərbaycan qüvvələrin təsirinin nəticəsidir və heç bir əsası olmayan subyektiv mülahizələrdən başqa bir şey deyildir.
Xatırlatmaq istərdim ki, nə Azərbaycan qanunlarında, nə də beynəlxalq qanunvericilikdə konkret cinayət əməli törətmiş hər hansı peşə sahibi ilə bağlı xüsusi imtiyaz nəzərdə tutulmamışdır. Hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da məhkəmələr qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin, fərdlərin iddialarını, arzu və istəklərini deyil, qanunun aliliyini əsas götürürlər. Buna görə də, müəyyən maraqlara hesablanmış bəyanatlar, açıqlamalar, müsahibələr, habelə müxtəlif təsir və təzyiq metodları ilk növbədə hüququn aliliyinə hörmətsizlik kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, hər hansısa bir ölkənin İnsan Haqları üzrə Avropa Məhkəməsindən çıxmaq təşəbbüsünün qarşısını almaq üçün bu prosesə heç bir aidiyyəti olmayan digər bir ölkəyə hücum təşkil etmək, bunun üçün qondarma səbəblər göstərmək cəhdini sağlam məntiqlə izah etmək mümkün deyil. Cənab Yaqlanda məsləhət görərdik ki, Böyük Britaniyanın Avropa İnsan Haqları Məhkəməsindən çıxmaq istəməsi problemini ya Avropa Məhkəməsində, ya da Böyük Britaniyanın özündə axtarsın.
Görünür kənar qüvvələrin təzyiqi altında ayrı-ayrı üzvlərə təşkil olunan əsassız hücumlar, bütün çərçivələri aşan ikili standartlar, qərəzli iddialar Böyük Britaniya kimi demokratik ənənəyə malik bir ölkənin də Avropa Şurasına və Avropa Məhkəməsinə etimadını azaltmışdır ki, o, belə radikal addım atmaq niyyətini ortaya qoymuşdur.
Cənab Yaqland haqlı şəkildə bildirir ki, Avropada milli azlıqların hüquqlarının, ifadə azadlığının və məhkəmə sisteminin eroziyası müşahidə olunur. Həqiqətən də, Azərbaycan bir çox Avropa ölkələri ilə müqayisədə milli, dini və insan hüquqlarının müdafiəsi baxımından kifayət qədər tolerant ölkədir və bir növ model rolunda çıxış edə bilər. Hesab edirəm ki, Avropada mövcud durumun səbəblərini ciddi araşdırmaq əvəzində günahı gənc demokratiyaların üzərinə atmağa çalışmaq çox bəsit və vəziyyəti daha da mürəkkəbləşdirən yanaşmadır. Cənab Yaqlandı bu problem üzərində daha dərindən düşünməyə dəvət edirik”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi