AMEA-nın əsas binasında tədbir keçirilib

img

04-11-2014 [15:47]


Noyabrın 4-də saat 10:30-da AMEA-nın Əsas binasında "Sağlam Nəsil” İctimai Birliyi və "Sağlam Nəsil” Tibbi-Elmi Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə ailə sağlamlığının qorunması və möhkəmləndirilməsi problemlərinə dair konfrans keçirilib.

Mia.az-a verilən məlumata görə, konfransda AMEA akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, institutun İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Ülvi Məmmədov çıxış edib.
  
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə təşkil olunan tədbirdə AMEA Azad Həmkarlar İttifaqı, Botanika İnstitutu, SEBA Koreya Azərbaycan Şərq təbabəti klinikası , AMEA İnstitutları və digər qurumlardan 100-dən çox nümayəndənin iştirak etmişdir.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA