Zakir Həsənov generalları ordunun hazırlığı üçün topladı - FOTOLAR

img

04-11-2014 [13:53]


Azərbaycaın müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Hərb Oyunları Mərkəzində olub. 

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, birlik komandirləri və qərargah rəislərinin iştirakı ilə keçirilən tədbirdə Mərkəzin vəzifələri və məqsədi barədə brifinq təqdim olunub.

Bildirilib ki, Mərkəzin əsas məqsədi strateji, əməliyyat-strateji və taktiki səviyyələrdə, həmçinin bölük və tağım komandirləri də daxil olmaqla dünyanın ən qabaqcıl ordularında tətbiq olunan yeni texnologiyalar əsasında müasir döyüş və manevr imkanları, relyef və iqlim şəraiti nəzərə alınmaqla keyfiyyət və kəmiyyət baxımından qərarların qəbul edilməsi və dəqiqləşdirilməsi məsələlərinin öyrənilməsi üzrə zabitlərin hazırlanmasıdır.

Müdafiə Nazirliyinin rəhbərliyi Mərkəzin əməliyyat və təhlil, komandanlıq və idarəetmə sisteminin trenajorları, birləşmiş münaqişə və taktiki simulyasiya, o cümlədən yardımçı bölmələri ilə tanış olaraq Mərkəzin fəaliyyəti ilə maraqlanıblar.

Sonda Müdafiə naziri Silahlı Qüvvələrdə komanda-qərargah məşqləri və təlimlərin keçirilməsi, birlik və birləşmə səviyyəsində zabitlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müasir və yüksək texnologiyalı kompüter proqramlarının tətbiqi, təlimlərin sayının artırılması, həmçinin təlimlərdə bütün döyüş hesabatlarının simulyasiya sistemi vasitəsilə yoxlanılması barədə müvafiq göstəriş və tapşırıqlarını verib.














Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA