Ramil Usubovdan "Qorotdel" və "Bandotdel"in rəisləri haqda yeni əmr - Təyinatlar

img

04-11-2014 [13:50]


Daxili işlər naziri Ramil Usubov ciddi dəyişikliklərə imza atıb.

Mia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi general – mayor Rafiq Abbasovu vəzifəsindən azad edilib. Bakı polisinin yeni rəisi vəzifəsinə isə MCQMİ-nin rəisi general-mayor Mirqafar Seyidov təyinat alıb. 

Məlumata görə, R. Abbasov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə rəis təyin olunub. Lakin "Azinform.az" saytı DİN-dəki mötəbər mənbəyə əsaslanaraq Rafiq Abbasovla bağlı xəbəri təkzib edib. 

Mia.az bildirir ki, sözügedən saytın məlumatına görə, «Bandotdel»in rəisi Mirqafar Seyidovun Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin olunması dəqiqdir, ancaq «Bandotdel»in yeni rəisi Rafiq Abbasov deyil. 

Belə ki, Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, R. Abbasov Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun bacanağıdır.

Son yayılan məlumata görə, Rafiq Abbasov Kadrlar İdarəsinə rəis təyin olunub.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA