Zakir Qaralov şikayətçilərlə görüşəcək - QRAFİK

img

03-11-2014 [17:50]


Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov noyabrın 14-də saat 11:00-da Salyan Rayon Prokurorluğunun inzibati binasında Şirvan şəhərində, Salyan, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Salyan şəhərinə gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil olunacaq.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA