İcra Hakimiyyəti komissiya yaratdı - Səbəb

img

03-11-2014 [17:36]


Bakı şəhərində son günlər yağan aramsız yağışlar səbəbindən həmin ərazilərdə qalmaqda olan qanunsuz tikilmiş yaşayış evlərin və digər obyektlərin zərər çəkdiyini nəzərə alaraq, təbii fəsadların ağır nəticələrinin aradan qaldırılması və sakinlərin üzləşdiyi problemlərin operativ həlli məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin nəzdində xüsusi komissiya yaradılıb.

İcra Hakimiyyətindən verilən məlumata görə, komissiya işçi qrupunu xüsusi geyimlərlə, suçəkən maşın və nasoslarla təchiz edib

Hazırda, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə qeyd olunan ərazilərdə kanalizasiya xətlərinin olmaması və ya lazımi qaydada işləməməsi səbəbindən su basmış ərazilərdən suyun çəkilməsi istiqamətində müvafiq işlər aparılır.

Sakinlərdən bu və ya digər problemlərlə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin qaynar xəttinə (1643) və 496-08-11 nömrələrinə müraciət etmələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA