Rektor türk deputatı qəbul etdi - TƏDBİR

img

03-11-2014 [16:36]


Noyabrın 3-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Azərbaycanda keçirilən "Türkiyə həftəsi” çərçivəsində "Azərbaycan-Türkiyə iqtisadi münasibətləri və onun regionun iqtisadi gələcəyinə təsiri” mövzusunda konfrans keçirilib.

Unuversitetdən Mia.az-a verilən məlumata görə, konfransda çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, Azərbaycanın Türkiyə ilə iqtisadi əlaqələrinin səviyyəsi həm xarici siyasətdə, həm investisiyaların həcmində, həm də birgə yaradılmış müəssisələrin dinamikasında özünü göstərir. Təsadüfi deyildir ki, Azərbaycanın qeyri-neft sektoruna yatırılan investisiyanın əsas hissəsi məhz Türkiyə mənşəlidir.

Türkiyə Cumhuriyyəti Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından millət vəkili, Azərbaycan-Türkiyə Dostluq qrupunun üzvü Adnan Yılmaz çıxışında Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələrin təkcə iki dövlət üçün deyil, bütövlükdə region üçün əhəmiyyətindən danışıb.

Türkiyə Cümhuriyyətinin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin müstəşar müavini Zafer Benli isə Trans Anadolu qaz kəməri (TANAP) layihəsinin əhəmiyyətini vurğulayaraq "Azərbaycanla Türkiyə Cənubi Qafqazla Avropanı birləşdirəcək enerji dəhlizi yaradırlar”, - deyə, bildirib.

Konfrans müzakirələrlə davam edib. İştirakçılar tələbələri maraqlandıran sualları cavablandırıblar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA