Nevrologiya Şöbəsinin həkimlərinə minnətdarlıq

img

03-11-2014 [16:09]


Nevrologiya Şöbəsinin Müdiri Nərgiz xanım Əzizovaya,
Həkimim Elmira xanım Əsədovaya və Tibb Bacılarına

Minnətdaram

Xəstəlik Xəbər Etmədən Qapı Döyür!

Çox ağır xəstəlikdən əziyyət çəkirdim , bədənimin hər yeri bərk ağrıyırdı.

Evimdə görpə övladlarım göz yaşı töküb ağlayırdı ki , atamız bu ağır xəstəlikdən ölüb gedəcək . Amma Azərbaycan Səhiyyəsi övladlarımın göz yaşını dayandırdı .Belə ki , Kliniki Tibb Mərkəz( Semaşka ) adlanan xəstəxanaya yerləşdirildim . Xəstəxanada yataraq məni bir sıra müayinələrdən keçirdilər , şöbə müdüri Nərgiz xanımın və həkimim Elmira xanım Əsədovanın nəzarəti ilə dövlətimizin təmin etdiyi dərman peraparatları ilə bir sıra müalicə aldım . Daha ağır vəziyyətdə olduğum halda şöbə müdüri Nərgiz xanımın və həkimim Elmira xanımım xoş sözləri , diqqəti , ürək – dirək verməsi məni dahada fərəhləndirirdi , düşünürdüm ki , yox ölməyəcəm . Xəstənanada yatdığım bu dövrlərdə Şöbə müdüri Nərgiz xanımdan , Həkimim Elmira Xanımdan , Tibb bacılarından dəstək , tibbi qayğı , xoş ümüdverici sözlər məni əyağa qaldırdı .

Xəstəxananın Gözəlliyi və Abadlığı Qədərdə

Gözəl Həkim Kollektivi Var

Nevrologiya Şöbəsinin müdüri Nərgiz xanım Əzizovanın rəhbərliyi sayəsində xəstəxanada xəstələrə xüsusi diqqət və tibbi qayğı və vaxtı – vaxtında həkimlər öz xəstələrinə baş çəkib yoxlayır və məsləhətləşmə əsasında müalicə aparılır . Xəstələrin qidalanmasına xüsusi diqqət ayrılır.

Xəstəxanada hər bir xəstənin müalicəsi üçün ayrılmış tibbi qayğı və diqqət göstərdiklərinə görə ,

Xəstəxananın şöbə müdüri Nərgiz xanım Əzizovaya ,

Həkimim Elmira xanım Əsədovaya ,

Tibb bacılarım Fəridə xanım , Ülkər xanıma ,

Tibb bacısı Sevinc xanıma , Həqiqət xanıma

və Sevda xanıma

dərin – dərin minnətdarlığımı bildirirəm , Allah yuxarıda adları çəkilən hər bir vəzifə sahibinə can cağlığı versin ! Allah Sizlərdən razı qalsın. Sizlərin sayəsində ölümdən geri döndüm.

Böyük hörmətlə

Tofiq Məhərrəmov

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA