Bakıya aylıq normanın 99 faizi yağdı

img

03-11-2014 [12:08]


Noyabrın 2-si günün ikinci yarısından 03-ü səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü şimal-qərb küləyi əsib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo”ya daxil olan xəbərə görə, ən çox düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 32 (aylıq normanın 78 faizi), Mərkəzi Aran rayonlarında 36 (aylıq normanın 125 faizi), Böyük Qafqazda 28 (aylıq normanın 43 faizi), Kiçik Qafqazda 18, Qazax-Gəncə zonasında 13, (aylıq normanın 87 faizi), Naxçıvan MR-da 13 (aylıq normanın 82 faizi), Bakıda və Abşeron yarımadasında 27 mm-dək (aylıq normanın 99 faizi) təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 40, Altıağacda 25, Göygöldə 23, Daşkəsəndə 18, Gədəbəydə 7 sm olub.

Abşeron yarımadasında və bir sıra rayonlarda güclü şimal-qərb küləyi əsib.

Noyabrın 02-də minimal temperatur Bakıda və Abşeron yarımadasında 4-8, Aran rayonlarında 1-7, dağlıq rayonlarda 2 dərəcəyədək, Naxçıvan MR-da 4 dərəcəyədək isti təşkil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA