Xocahəsəndə məktəbli su dolu xəndəyə düşüb - FOTOLAR

img

03-11-2014 [11:10]


Binəqədi rayonu, Xocahəsən qəsəbəsində evləri su basıb. Sakinlər Fövqəladə Hallar Nazirliyinə, rayon İcra Hakimiyyətindən kömək gözləyir: "Yağış yağdı, evlərimizi su basdı. Fövqəladə Hallar Nazirliyindən kömək istəmişik. Elə evlər var ki, sakinləri suda boğulmamaq üçün damlara çıxıblar. Uşaqlar məktəbə gedə bilmir, bir uşaq yolun kənarındakı su dolu xəndəkə düşüb”.
Bu həyəcanlı xəbəri redaksiyamıza verən sakinlərdən biri deyib ki, həmin uşağı sudan yoldan ötənlər çıxarıb: "Bədbəxt hadisə olacaqdı. Yaxşı ki, yoldan keçən olub. Buralarda qayıqsız hərəkət etmək mümkün deyil”. Qəsəbədəki "Sahil” şadlıq evinin arxasında yerləşən 25 ev davamlı yağıntıdan sonra suyun altında qalıb.
Mövzuya qayıdacağıq.

E.MƏMMƏDƏLİYEV






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA