Bilik Fondu Qafqaz Universitetində təkliflərlə çıxış edib - FOTO

img

02-11-2014 [20:11]


Bilik Fondu Qafqaz  Universitetində təqdimat keçirib.

Qafqaz Uniiversitetindən Mia.az-a verilən məlumata görə, gənc nəslin elmi nailiyyətlərinin inkişafı məqsədilə prezident İlham Əliyevin sərəncamı ilə yenicə fəaliyyətə başlayan Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu Qafqaz Universitetinin qonağı olub: "Universitet tələbələri və personal heyəti ilə görüş keçirən fond rəhbərləri gənclərə elm və həyat yolunda uğurlu addımlar atmaq üçün dəstək verdilər. Tədbiri çıxış sözü ilə Qafqaz Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin prorektoru, dosent Natiq Paşa açaraq qonaqları təqdim edib".

Daha sonra Bilik Fondunun baş məsləhətçisi, sosiologiya elmləri doktoru, professor Rəfail Həsənov Bilik Fondunun fəaliyyəti və onun məqsədləri haqqında geniş məlumat verib: "Qeyd etmək istəyirəm ki, Bilik Fondu prezident İlham Əliyevin sərəncamı ilə 2014- cü ilin may ayında fəaliyyətə başlayıb. Fondun yaradılmasının əsas məqsədi, müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması,azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin etməkdən ibarətdir. Eyni zamanda gənclərdə vətənpərvərlik, azərbaycançılıq məfkurəsinin aşılanmasına xidmət göstərmək fondun əsas xidmətlərindən biridir”.

 R.Həsənov fondun fəaliyyətindən bəhs edərkən əsas məqsədlərdən biri kimi, ölkə siyasəti ilə yanaşı xarici siyasət sahəsinə də gənclərin marağını cəlb etmək olduğunu bildirib: "Biz ölkənin problemləri ilə yaxından tanış olarkən unutmamalıyıq ki, problemlər sadəcə Azərbaycanla qurtarmır. Bunun üçün də biz gəncləri xarici siyasətin öyrənilməsinə meyil etmələrinə çalışırıq”.

Fondun layihələrindən bəhs edən sosioloq tədbirdə iştirak edən tələbələrə də öz layihələri ilə fonda müraciət etmələrini təklif edib: "Fondumuzun həyata keçirdiyi layihələrin bəzilərini mən sizə tanış etmək istərdim. "Qardaşlaşmış məktəblər” adlı layihəmiz fəaliyyət göstərir ki, bu layihənin əsas məqsədi respublikanın orta məktəblərində təhsil alan şagirdlərin biliyə marağının artırılması, Azərbaycan mədəniyyətinin onlara təbliğidir. "Dini abidələrdə tarixin izləri” adlı layihə Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr hərtərəfli öyrənilir, tariximiz üçün faydalı olan məqamlar üzə çıxarılır.  Bundan başqa "Docendo discimus”, "Auditoriya”, "Məscid kitabxanası”, "Epizod”, "Ustad və şəyird” adda layihələrimiz də fəaliyyət göstərir".

Rəfail Həsənov üzvlük prinsipindən də bəhs edərək, istənilən şəxsə Bilik Fondunun üzvü olma imkanı verildiyini deyib.

Tədbirin sonunda fondun rəhbərləri tələbələrin və müəllimlərin suallarını cavablandırdılar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA