“Akkord” gənc musiqiçilərin festivalı keçirilib

img

02-11-2014 [14:02]


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı "Akord” gənc musiqiçilərin festivalı layihəsi həyata keçirilib. Layihənin rəhbəri Çinarə Sadatova tədbiri açıq elan edərək ölkəmizdə musiqi sənətinə göstərilən qayğıdan, gənc istedalar üçün Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yaratdığı şəraitdən danışıb.

Gənclər Fondunun dəstəyi ilə keçirilən "Akkord” gənc musiqiçilərin festivalı layihəsi Xəzər rayonun musiqi məktəblərində təhsil alan 40 nəfər gənc istedadı əhatə edib. Festivalada milli və dünya alətlərində solo ifalar, xanəndələrin çıxışları, eləcə də skiripka ansamblı, "Leyla” rəqs kollektivinin, xor kollektivinin, Xalq çalğı alətləri ansamblının nümunəvi ifaları tamaşaçıları heyran edib.

Festivalın təşkilində Binə qəsəbəsi 24 nömrəli 11 illik musiqi məktəbinin direktoru, Əməkdar mədəniyyət işçisi Faiq Əliyev və Buzovna qəsəbəsi 4 nömrəli uşaq incəsənət məktəbinin direktoru Səadət Eminova iştirak ediblər.

Festivalın sonunda bütün iştirakçılar diplomlarla mükafatlandırılıblar.















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA