Musa Musayev prodüserlə dalaşdı, burnu partladı

img

02-11-2014 [13:52]


Müğənni Musa Musayev yenə qalmaqalla gündəmə gəlir. 

MIA-nın  publika.az-a istinadən məlumatına görə, bu gecə müğənni Arzu Mələyin paytaxt restoranlarının birində keçirilən ad günü mərasimində xoşagəlməz hadisə baş verib.

Belə ki, müğənni Musa Musayevlə Nazəninin prodüseri Pərvizin sözü çəp gəlib. Nəticədə tərəflər yumruq davasına çıxıblar. Dava edənlərin hər ikisi xəsarət alıb.

Məlumata görə, tərəflər arasında mübahisə bu tədbirdən əvvəl başlayıb. Belə ki, Nazəninin prodüseri "İnstagram" səhifəsində Musa Musayevi təhqir edib.

Müğənni Təranə Qumral davadan danışaraq bildirib ki, onlar arasında əvvəldən problem olub: 

"Neçə vaxtdır bizimlə ədavət aparırlar. Bilmirəm, bölə bilmədikləri nələri var. Yalları artıq düşüb, yoxsa pulları? Nazəninin bir prodüseri var. Heç bilinmir ki, qadındır, yoxsa, kişi. Özünü bilmirəm, nə yerə qoyub? Kimin çantasını daşıyırsan, get, daşı da. Bizimlə nə işin var? Öz instaqram profilində nalayiq sözlər yazıb şəklimizn altına. Ağrımayan başımıza dəsmal bağlayırlar. Məclisdə oturmuşduq,  Nazəninin prodüseri Pərviz söyüş elədi, Musa da onu vurdu. Sonra ara qarışdı, o, bunu,  bu da onu vurdu. Mən də Musanı götürüb gəldim evə”.

Təranə Qumral bildirib ki, davada Musa Musayev burnundan xəsarət alıb:

"İstəsəm, bu dəqiqə təcili yardım çağıraram. Amma pislik etmək istəmirəm. İmkan vermirlər ki, rahat oturaq. Allah bunlara bildiyi kimi çəkdirsin. Nə istəyirlər bizdən? Musanın burnu partlayıb. Pərvizin xəsarətlərindən xəbərim yoxdur. Ümumiyyətlə, davaya qarışmadım, heç yaxın da durmadım. Hamı da gördü. Oturduğum yerdən tərpənmədim”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA