Azərbaycan daxili işlər nazirinin yeni müavini: İsmət Əliyev kimdir? - FOTO

img

01-11-2014 [14:47]


Azərbaycanın daxili işlər naziri Ramil Usubova yeni müavin təyin olunub. Daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov təqaüdə göndərilib. Onun yerinə isə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyin olunub.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, polis general-mayoru İsmət Əliyev 2009-cu ildədək DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Həmin ilin mayında o zaman polkovnik rütbəsi daşıyan İsmət Əliyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə gətirilib.

1 iyul 2010-cu il tarixində ölkə başçısının müvafiq sərəncamı ilə polis polkovniki İsmət Rəşid oğlu Əliyevə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

2014-cü ilin noyabrından isə polis general-mayoru İsmət Əliyev daxili işlər nazirinin müavinidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA