Yol polisindən sürücülərə xəbərdarlıq

img

31-10-2014 [20:09]


"Baku World Challenge 2014” avtomobil yarışları ilə əlaqədar Bakının cənub girişində - "20-ci sahə” dairəsindən "Azneft”ə qədər nəqliyyatın hərəkəti dayandırılıb.

"MİA” xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəisi Vaqif Əsədovun anspress-ə verilən məlumata görə, bu istiqamətdən paytaxta gələn sürücülər alternativ yolla Badamdar qəsəbəsindən və ya Xocahəsən yolu ilə dairəvi yoldan Tbilisi prospektinə çıxmalıdırlar.

"Bakı-Ələt yolunun14-cü kilometrliyindən Sədərək və ya Binə ticarət mərkəzləri, yaxud Lökbatan qəsəbəsi istiqamətinə hərəkət edərək 3-cü kənar dairəvi yoldan və ya Xocasən yolundan keçməklə istənilən istiqamətlər üzrə hərəkət etməlidir", - deyə Vaqif Əsədov bildirib.

Yol polisi vətəndaşlardan mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi məsləhət bilir: "Mümkün qədər vətəndaşlar ictimai nəqliyyatdan az istifadə etsinlər".

Qeyd edək ki, "Baku World Challenge 2014” avtomobil yarışları noyabrın 1-2-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA