27 şadlıq evinə rəsmi qadağa qoyuldu

img

31-10-2014 [13:29]


Standartlaşdırma, Meterologiya və patent üzrə Dövlət Komitəsi 176 təsərrüfat subyektində nəzarət tədbirləri həyata keçirib

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının aznews.az-a verdiyi məlumata görə, yoxlama aparılan təsərrüfat subyektlərindən 43-də standartlara uyğun olmayan məhsullar aşkar edilib.

F.Talıblı bildirib ki, 24 şadlıq sarayında da müəyyən yeməklərin istehsalı və satışına qadağa qoyulub.

Komitə sözçüsü onu da əlavə edib ki, dönər satışı ilə məşğul olan 20 müəssisədə də yoxlama aparılıb. Onlardan 17-də standartların tələblərinin pozulması üzə çıxıb və bu nöqsanlar aradan qaldırılıb.

Standartların daha çox pozulduğu ərazilər Bakı şəhərində qeydə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA