"Nazirliyin kollegiyası təsdiqləndi" - Nazirlər Kabineti qərar verdi

img

30-10-2014 [19:07]


Nazirlər Kabineti "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında" 2006-cı il 14 iyun tarixli 146 nömrəli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul edib

Qərara görə, 29 oktyabr 2014-cü il 358 nömrəli qərara əsasən, nazirliyin kollegiyası təsdiqlənib.
 
Kollegiyanın sədri  mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kollegiyanın üzvləri  mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva, Nazim Səmədov, Ədalət Vəliyev, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Mədəniyyət və Turizm Nazirliyi kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, nazirliyin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Zakir Sultanov olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA