"Bu, bizim üçün tarixi hadisə olacaq" - İlham Əliyev

img

30-10-2014 [17:43]


"Azərbaycan Avropa və dünya çempionatlarını qəbul edən ölkəyə çevrilib. Gələn il Azərbaycanda ilk Avropa Oyunlarını keçirəcəyik. Bu, bizim üçün tarixi hadisə olacaq. Panamerika, Asiya, Afrika Oyunlarından fərqli olaraq, Avropa Oyunları əvvəllər heç zaman keçirilməyib. Bu tədbir ilk dəfə burada keçiriləcək. Bu Oyunlara altı mindən çox atlet qatılacaq. Bu idman tədbirini Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi planlaşdırırıq".

Mia.az xəbər verir ki, bunu Bakıda keçirilən "Gənclər siyasəti üzrə birinci qlobal forum"un rəsmi açılış mərasimindəki Prezident İlham Əliyev deyib. 

Prezident onu da bildirib ki,  2016-cı ildə Azərbaycanda Dünya Şahmat Olimpiadası keçiriləcək: "Şahmat komandamızın uğurları hamımızı fərəhləndirir. Bu komandanın bütün üzvləri gənc nəslin nümayəndələridir. Onların sırasında Avropa çempionları var. 2017-ci ildə isə ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Qısa müddət ərzində Avropa və İslam Həmrəyliyi Oyunları bir-birini əvəzləyəcək. Bu, Azərbaycanın beynəlxalq məsələlərdə oynadığı rolu aydın şəkildə nümayiş etdirir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA