ABŞ-ın Qarabağ planı - Departament açıqlama verdi

img

30-10-2014 [13:09]


Birləşmiş Ştatlar Qarabağ münaqişəsinin nizamlanması üçün tərəfləri konstruktiv addımlar atmağa çağırıb. 

Bu barədə Amerika Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki Vaşinqtonda keçirdiyi brifinqdə bildirib. 

Onun sözlərinə görə, tərəflər bu yaxınlarda Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin Paris görüşü zamanı əldə edilmiş impulsa əsaslanaraq, "etibarın möhkəmləndirilməsi üzrə addımlar ata bilər və əlbəttə, bu, dialoqun möhkəmlənməsi yolu ilə baş verə bilər”.

Psaki həm də ABŞ dövlət katibi Kerrinin Uelsdə münaqişə tərəfləri ilə keçirdiyi görüşləri də xatırladıb.  O, vurğulayıb ki, Vaşinqton münaqişənin nizamlanması üçün möhkəm sülhün əldə edilməsi yolunda danışıqların irəliləməsi üçün tərəfləri dialoqa çağırır(Ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA