Bakı metrosunda qızların tərbiyyəsizliyi - DAVA

img

30-10-2014 [11:14]


Bu gün Bakı metrosunda dava düşüb. 

Bu barədə milli.az-ın hadisə yerində olan əməkdaşı bildirib. Məlumatda bildirilib ki, "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda iki qız dava salıb.

Qızlardan biri "20 Yanvar" stansiyasında qatara minib. "Nizami" və "28 May" stansiyaları arasında həmin vaqondakı başqa qızla mübahisəyə başlayıb. Yer üstündə davada şapalaq səsləri də çıxıb, söyüşlər yağıb.

"20 Yanvar" stansiyasında qatara minən qız hətta vaqondakını təhdid edib, "razborkaya" çağırıb.

Bundan bezən sərnişinlər onları sakitləşdirib, vaqondan düşmələrini tələb ediblər. Davanı qatan qız "28 May" stansiyasında düşüb, digərini çağırsa da, nail ola bilməyib.

Hadisənin videogörüntüsünü də təqdim edərdik, amma qulaqlarınızın iki qızın dilindən çıxan söyüşləri eşitməsini rəva görmürük.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA