Bu rayonlarda qaz olmayacaq - Siyahı

img

30-10-2014 [11:13]


Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün saat 12:00-dək Suraxanı rayonun Qum adası yaşayış massivinə, saat 11:00-dan 13:00-dək Binəqədi rayonunun Sulutəpə və Çiçək qəsəbəsinə, saat 12:00-dan 14:00-dək Biləsuvar rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Qardağ rayonunun Sənqəçal və Umbakı qəsəbələrinə, işlər başa çatanadək isə Yevlax rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA