Samir Şərifov idarə rəisi haqda əmr verdi

img

29-10-2014 [17:38]


Bir müddət öncə müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılan Şəmkir rayonu Maliyyə İdarəsinin rəisi Nazim Məlikov yenidən öz vəzifəsinin icrasına başlayıb. 

Mia.az Modern.az-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Şəmkir rayonunda məişət zəminində baş vermiş hadisənin obyektiv araşdırılması üçün cari il avqustun 7-də Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılmışdı. Nazim Məlikov oktyabrın 29-da nazir Samir Şərifovun müvafiq əmriilə vəzifəsinə bərpa olunub: 

"Belə ki, Şəmkir rayon Prokurorluğunun həyata keçirdiyi araşdırmalar nəticəsində sözügedən işdə cinayət tərkibi müəyyən edilməyib və beləliklə də Nazim Məlikovun vəzifəsindən azad edilməsi üçün səbəb qalmayıb”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA